Dünya əmtəə birjalarında bahalaşma qeydə alınıb
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən hərracda “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 bareli 78,35 ABŞ dollarına təklif edilib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 2,21 ABŞ dolları yaxud 2,90 % bahalaşma deməkdir.
Ötən gün Nyu Yorkun “Nymex” birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 74,22 ABŞ dolları olub.
Bu da əvvəlki günlə müqayisədə 0,43 dollar/barel yaxud 0,58 % çoxdur.
Yazar