Dünyada ən çox satılan 10 smartfon – SİYAHI
Qlobal smartfon tədarükü ötən il 1,9% artaraq 1,26 milyard ədədə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, smartfon bazarı ardıcıl ikinci ildir ki, böyüyür.
Araşdırmalara görə, "Apple" (iPhone 16/17) və "Samsung" (Galaxy A/S/Z seriyası) bazarda ən çox tələb görən markalar olub.
Ötən ilin üçüncü rübündə "Apple" qlobal smartfon bazarında 20% pay və illik müqayisədə 10% artımla bazarda liderliyini qoruyub.
"iPhone 17" seriyası satışa çıxarıldıqdan sonra 4-cü rübdə əhəmiyyətli dərəcədə populyarlıq qazanıb. "iPhone 16" isə Yaponiya, Hindistan və Cənub-Şərqi Asiyada olduqca yaxşı performans göstərməyə davam edib.
Bazar payı 19% və illik 5% artımla isə "Samsung" siyahıda ikinci yeri tutub.
Beləliklə, ötən ilin üçüncü rübündə ən çox satılan smartfon modelləri bunlardır:
1. iPhone 16
2. iPhone 16 Pro
3. iPhone 16 Pro Max
4. iPhone 16e
5. Galaxy A16 5G
6. Galaxy A06
7. Galaxy A36
8. Galaxy A56
9. Galaxy A16 4G
10. iPhone 17 Pro Max

