Dünyada ilk "lüks" dizayner robotu yaradıldı
Öz fərdi smartfonları ilə məşhur olan "Caviar" brendi dünyada ilk "lüks" sinif dizayner robotunu yaradıb.
Oxu.Az xəbər verir ki, məlumat brendin rəsmi saytına istinadən təqdim olunub. Yeni robotun yaradılmasında əsas olaraq "Unitree G1" modeli götürülüb.
Robot indi "Aladdin" adını daşıyır. Onun görünüşü də adla uyğun hazırlanıb: korpusu qızılı naxışlar və aristokrat geyimlərini xatırladan qiymətli daşlarla bəzədilib.
Bu məhsul kütləvi bazar üçün nəzərdə tutulmayıb. Şirkət "Aladdin"i yalnız fərdi sifarişlərlə hazırlayır. Layihənin dəyəri təxminən 100 000 dollar qiymətləndirilir.
"Unitree G1" isə Çin şirkəti "Unitree" tərəfindən hazırlanmış kompakt, ikiayaqlı insanabənzər robotdur. O, yüksək manevr qabiliyyətinə malikdir (qaçmaq, salto atmaq imkanı) və funksional manipulyator əlləri birləşdirir. Robot elmdə, nümayişlərdə və hətta istehsalat sahələrində istifadə oluna bilər.

