"Ədliyyə sahəsində islahatlara töhfə verməyə çalışacağam" - Orxan İbadov

"Ədliyyə sahəsində islahatlara töhfə verməyə çalışacağam"

"Cənab nazirin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlara töhfə verməyə çalışacağam".

Bunu Azərbaycan Respublikası ədliyyə nazirinin köməkçisi Orxan İbadov deyib.

Yeni təyinatı barədə danışan Orxan İbadov, həmçinin vəkillik fəaliyyətinə də toxunub. O bildirib ki, nazir köməkçisi təyin olunması ilə əlaqədar onun vəkillik fəaliyyəti dayandırılıb: "Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən həftə keçirilən iclasında bu barədə qərar qəbul edilib".

Qeyd edək ki, ədliyyə naziri Fərid Əhmədovun əmrinə əsasən, Orxan Nadir oğlu İbadov nazirin köməkçisi təyin edilib.

E-Huquq