Əhalinin banklarda olan əmanətlərində artım qeydə alınıb
Bu ilin oktyabr ayında əhalinin banklarda əmanətləri 15 907,1 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisini 11,5 faiz və ya 1 641,1 milyon manat üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda əmanətlərin həcmində 0,7 faiz və ya 112,3 milyon manat artım qeydə alınıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 14 661,9 milyon manat təşkil edib.

