Etilen və propilen istehsalı artıb

Etilen və propilen istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 130,1 min ton etilen, 121,1 min ton propen (propilen) istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə etilen istehsalı 3,2 faiz və ya 4 min ton, propilen istehsalı isə 1,3 faiz və ya 1,5 min ton artıb.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı etilen üzrə 1 min ton, propilen üzrə isə 0,6 min ton təşkil edib.