Elman Nəsirovu yenidən məhkəməyə verdilər

Elman Nəsirovu yenidən məhkəməyə verdilər

68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilən Nəsirov Elman Xudam oğluna qarşı məhkəmə iddiası qaldırılıb.
BusinessTime
Yeniavaz.com-a istinadən verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsində hakim İlham Cəfərovun icraatına verilib. 
Məhkəmə iddiasının maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqəli olduğu bildirilir.
Millət vəkili haqqında iddia Cabbarov Emil Mənsur oğlu tərəfindən qaldırılıb.
Qeyd edək ki, daha əvvəl bu barədə mətbuatda geniş məlumat yayılıb. Emil Cabbarov iddia edir ki, millət vəkili onun haqqında təhqiramiz ifadələr işlədib.