Əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Ümumi təhsil müəssisələrində əməyin mühafizəsi mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti tədbirlər Nərimanov rayonu 47 və 207 nömrəli tam orta məktəblərdə təşkil olunub. Tədbirdə ümumilikdə 75 şagird iştirak edib.
Tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə məlumat verilib. Əməyin mühafizəsi qaydalarına riayət olunmasının sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından vacibliyi diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

