Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib
Bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 1800 şəxsə ilkin, 2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

