Əziz Axundov tutduğu vəzifədən ayrıldı

Əziz Axundov tutduğu vəzifədən ayrıldı

"Nar"ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tutduğu vəzifədən ayrılıb.

BusinessTime xəbər verir ki, bu barədə Əziz Axundov özü məlumat paylaşıb.

"Təşəkkür edib ayrılmağın zamanı gəldi. 
Nar-la bərabər yüzlərlə uğurlu layihədə iştirak etmişəm, unudulmaz anlar yaşamışam. Fəth olunan zirvələr, yeni başlanğıclar və önəmli dərslər üçün Nar-a, bütün  həmkarlarıma, xüsusən də bərabər çalışdığım PR komandaya dərin təşəkkürümü bildirirəm. Həmçinin mətbuat sahəsində çalışan həmkarlarıma dəstək və diqqətləri üçün xüsusi təşəkkür edirəm, var olun!
Düşünürəm ki, növbəti illərdə də Nar insanlara daima ünsiyyətdə qalmaları üçün ən əlçatan xidmətlər təqdim edən parlaq brend olaraq daha da inkişaf edəcək. 
Bir qədər fasilə götürüb mənə təklif olunan yeni fürsətləri qiymətləndirib, karyeramda yeni mərhələyə hazırlaşmaq istəyirəm. Hər şey dəqiqləşəndən sonra mütləq yeni xəbərləri paylaşacam".

Qeyd edək ki, Əziz Axundov “Nar”ın  fəaliyyəti ilə bağlı media nümayəndələri ilə hər zaman sıx əməkdaşlıq edib.