Femida könüllüləri 21 məhkəmədə fəaliyyət göstərəcəklər

Femida könüllüləri 21 məhkəmədə fəaliyyət göstərəcəklər

Femida könüllüsü olmaq istəyən gənclər artıq 21 müxtəlif instansiya məhkəmələri arasından seçim edə biləcəklər.

Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən erilib.

Belə ki, 2023-cü ilin sentyabrından 10 məhkəmədə fəaliyyət göstərən könüllü qrupları fevraldan etibarən aşağıda adları qeyd olunan 21 məhkəməni və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını əhatə edəcək:

1. Azərbaycan Respublikasının Ali Məhkəməsi;

2. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası;

3. Bakı Apellyasiya Məhkəməsi;

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi;

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi;

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi;

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi;

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi;

10. Bakı Ağır Cinayətlər Məhkəməsi;

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsi;

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsi;

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsi;

14. Bakı Kommersiya Məhkəməsi;

15. Bakı İnzibati Məhkəməsi;

16. Bakı Hərbi Məhkəməsi;

17. Abşeron Rayon Məhkəməsi;

18. Sumqayıt Apellyasiya Məhkəməsi;

19. Sumqayıt Şəhər Məhkəməsi;

20. Sumqayıt Kommersiya Məhkəməsi;

21. Sumqayıt İnzibati Məhkəməsi;

22. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi.

Qeyd edək ki, 2023-cü ilin sentyabr-dekabr aylarında müxtəlif qruplar üzrə ümumilikdə 134 nəfər hüquq təhsili alan gənc könüllük proqramından məzun olub.

Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.themis.az saytına keçid edə bilərsiniz.