Ford Bronco əsasında pikap buraxa bilər

Ford Bronco əsasında pikap buraxa bilər

Ford şirkəti Bronco yolsuzluq avtomobili əsasında yeni pikap hazırlaya bilər. İlkin məlumata görə, yeni modelin bu onilliyin sonlarına yaxın təqdim olunması gözlənilir.

Yeni pikapın əsas rəqiblərindən biri Jeep Gladiator olacaq. Beləliklə, Ford Bronco ailəsinin daha bir kuzalı versiyası ilə yolsuzluq avtomobilləri və pikaplar seqmentində mövqeyini gücləndirməyi planlaşdırır.

Ford əfsanəvi Bronco adını bir neçə illik fasilədən sonra 2020-ci ildə yenidən canlandırıb. Yeni nəsil çərçivəli SUV retro üslublu dizaynla təqdim edilib və ilk gündən üçqapılı və beşqapılı kuzov variantları ilə təklif olunub.

Modelin satışlarına planlaşdırıldığından gec – 2021-ci ilin iyununda başlanılıb. Ailənin daha güclü Bronco Raptor versiyası isə 2022-ci ilin əvvəlində təqdim edilib.