"Aqroservis" 3,4 milyon manatlıq texnika alır

"Aqroservis" 3,4 milyon manatlıq texnika alır

"Aqroservis" ASC "Özüyeriyən texnikaların satınalınması" tenderinin nəticələrini açıqlayıb.

Tenderin qalibi "Gəncə Avtomobil Zavodu" İB olub. Şirkətlə 3 milyon 433 min 450 manat məbləğində müqavilə imzalanıb.


Xatırladaq ki, şirkətlə  bundan əvvəl Minatəmizləmə Agentliyi "Üçoxlu avtobusların satın alınması" tenderi üzrə 1 milyon 316 min 800 manatlıq müqavilə bağlayıb (05.09.2022)

Əlavə məlumat üçün qeyd edək ki, 1986-cı ildə əsası qoyulmuş Gəncə avtomobil zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə ğörə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.