Günəşdəki ləkələr demək olar ki, tamamilə yoxa çıxıb

Günəşdəki ləkələr demək olar ki, tamamilə yoxa çıxıb

Günəşin Yer kürəsinə baxan tərəfindəki ləkələr kəskin surətdə azalıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu və Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

"Son günlərin ən diqqətçəkən xüsusiyyəti Günəşin Yerə baxan tərəfindəki ləkələrin demək olar ki, tamamilə yox olmasıdır. Görünür, eyni şey indi əks tərəfdə də baş verir", - deyə məlumatda bildirilir.

Ləkələrin ölçüsü və sayı Günəşdə partlayışların aktivliyi ilə bağlı olduğundan avqustun 18-dək onların sayı azala bilər.

Eyni zamanda, avqustun 19-dan etibarən Günəş atmosferinin yuxarı və aşağı təbəqələrində tac dəliyi səbəbindən daha çox tufan gözlənilir.

Oxu.az