Hədəfimiz hər il 40 min iş yerinin müəyyən edilməsidir - Nazir müavini

Hədəfimiz hər il 40 min iş yerinin müəyyən edilməsidir

Bizim hədəfimiz hər il 40 min iş yerini müəyyən etmək və sosial müdafiəyə ehtiyacı olanları, iş axtaranları oraya cəlb etməkdir.

Bunu əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 3-də keçirilən növbəti iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsində deyib.

Nazir müavini bildirib ki, ölkədə işədüzəlmə məsələsi 65 faizin üzərindədir və bu faizi artırmaq istiqamətində iş gedir.

A.Əliyev qanuna dəyişikliklər işə ehtiyacı olan insanların əhatə dairəsini genişləndirəcəyini deyib. “İşəgötürənlərlə sıx əməkdaşlıq qururuq. Çünki peşə hazırlığına cəlb edilməsi məsələdən çıxış yolu deyil. Əsas məsələ vətəndaşın işlə təmin olunmasıdır”, - deyə nazir müavini qeyd edib.

O, vakant yerlərlə bağlı nazirliyin gördüyü işlərdən də danışıb.