I rüb "Xalq Sığorta" üçün uğurlu keçmədi - Yığımlarda azalma
Cari ilin I rübünə görə, “Xalq Sığorta”nın yığımlarında azalma müşahidə olunub.
BusinessTime Valyuta.az-a istinadən xəbər verir ki, I rübdə sığorta şirkətinin yığımları 7 milyon 282 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu məbləğ 7 milyon 647 min manat olub.
Bu, illik müqayisədə yığımlarda 365 min manat və ya 4,77% azalma deməkdir.
Ödənişlərdə isə illik müqayisədə 591 min manat və ya 32,68% artım qeydə alınıb.
Belə ki, 2026-cı ilin I rübündə şirkət 2 milyon 399 min manat ödəniş edib, ötən ilin eyni dövründə isə bu göstərici 1 milyon 808 min manat təşkil edib.
Hesablamalara əsasən, “Xalq Sığorta” cari ilin I rübündə hər 100 manat yığımın 32,94 manatını ödənişə ayırıb. Bu göstərici 2025-ci ilin müvafiq dövründə 23,64 manat olub.
Yığımların azalması və ödənişlərin artması fonunda şirkətin zərərliliyi illik müqayisədə 9,3 faiz bəndi artıb.


