“Atəşgah Həyat Sığorta” nın ödənişlərində kəskin artım

“Atəşgah Həyat Sığorta” nın ödənişlərində kəskin artım

Bu ilin birinci yarısında “Atəşgah Həyat Sığorta” ASC-nin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 55,488 milyon manat olub.

BusinessTime bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,5% artıb

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında bu göstərici 32,351 milyon manat olub.

Qeyd edək ki, “Atəşgah Həyat Sığorta” ASC 1998-ci ildə təsis edilib. Şirkətin nizamnaməsi 6,5 milyon manat təşkil edir. 3 iyul 2026-cı il tarixində şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Xumar Emil qızı İmamverdiyeva təyin olunub.