İlon Mask Bakıya gələsi olmadı

İlon Mask Bakıya gələsi olmadı

İlon Mask Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində virtual olaraq çıxış edəcək.

Bu barədə 74-cü Beynəlxalq Astronavtika Konqresinin sosial hesabında bildirilib.

5 oktyabr saat 17:45-18:45 arası Heydər Əliyev Mərkəzinin Auditoriyasında İlon Mask və Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mowry “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcı aparatı haqqında maraqlı müzakirə aparacaq.

Müzakirənin məqsədi kosmos daşımalarını yenidən formalaşdırmaq və bir çox planetlərdə həyatı təmin etməkdir.