İlon Mask insanabənzər robotları təqdim etdi

İlon Mask "Tesla" şirkəti tərəfindən hazırlanmış insanabənzər "Optimus" robotlarını təqdim edib.
Bu barədə "Tesla"nın "X" səhifəsində məlumat paylaşılıb.
Mask bildirib ki, tarixin ən iddialı məhsulunun dəyəri 20-30 min dollar arasında olacaq. Tədbir zamanı Mask həmçinin "Cybercab" robot taksisini təqdim edib.
İyunun 14-də Mask bildirib ki, 2025-ci ildə "Tesla" şirkətin müəssisələrində bir neçə min insanabənzər robot istifadəyə verəcək. İş adamı onların istehsalı ideyasını 2021-ci ilin avqustunda irəli sürüb.