Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

Azətbaycanda maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlər müzakirə olunub.

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüş zamanı qlobal iqtisadiyyatda son durum, ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirilib.

Görüşdə, həmçinin ötən il üzrə sığorta sektorunun yekunları, qarşıda duran strateji prioritetlər, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlər və digər aktual mövzular ətrafında müzakirələr aparılıb.