İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib

İpoteka və Kredit Zəmanət Fondu
İpoteka və Kredit Zəmanət Fondu 2024-2026-cı illər üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi açıq tenderə yekun vurub.
BusinessTime.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 177 min manat ödəniləcək.
Xatırladaq ki, Fondun 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan edilmiş açıq tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Qalib şirkətə 92 min manat ödənilib.