Yuxu sağlamlığın təməlidir: həkimlərdən vacib xəbərdarlıq

Yuxu sağlamlığın təməlidir:

Əgər insan altı saatdan az yatıbsa, sükan arxasına keçmək olmaz.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə nevroloq Selia Qarsiya Malo danışıb.

Onun sözlərinə görə, insan altı saatdan az yatıbsa, onun ertəsi günkü vəziyyəti alkoqol sərxoşluğu ilə müqayisə oluna bilər. Nevroloq kifayət qədər yatmayan insanları sükan arxasına keçməməyə çağırıb, çünki bu, sərxoş halda avtomobil idarə etmək qədər təhlükəli ola bilər.

Bununla yanaşı, İspaniya Yuxu Cəmiyyətindən olan həkim Mariya Xose Martines Madridin sözlərinə görə, xroniki yuxusuzluq zamanı orqanizm stress vəziyyətinə keçir. Gündə altı saatdan az yatmaq beynin informasiyanı emal etmə qabiliyyətini pisləşdirir və müxtəlif xəstəliklərin inkişaf riskini artırır.

“Məlumdur ki, yuxu qidalanma və fiziki məşq kimi sağlamlığın əsas dayaqlarından biridir və onun çatışmazlığı ciddi koqnitiv, emosional və metabolik nəticələrə səbəb olur”, - deyə mütəxəssis vurğulayıb.