Kərə yağı kəskin şəkildə bahalaşdı

Kərə yağı kəskin şəkildə bahalaşdı

Rusiyada ərzaq mağazalarında kərə yağı həftə ərzində 1,2% bahalaşıb.

Ölkənin Statistika Komitəsi (Rosstat) məlumat yayıb. 

Məlumata görə, 6 noyabrdan 11 noyabra qədər olan dövrdə qiymətlər belə dəyişib: Kərə yağı +1,2%, sərt, yarımsərt və yumşaq pendirlər +0,8%, süd və xama +0,7%, marqarin, günəbaxan yağı və toyuq yumurtası isə +0,6% bahalaşıb.

Bundan başqa, tərəvəz məhsullarında da qiymət artımı qeydə alınıb. Belə ki, xiyarlar 8,8%, pomidorlar 5,9%, kartof isə 4,7% bahalaşıb.