Laçında yeni yarımstansiya tikilir - 5,2 milyonluq layihə
Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi və avadanlıqların quraşdırılması işlərinə başlanılır.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Belə ki, qurum sözügedən işlərin icrasını “Smart Energy Services” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, qeyd olunan işlərin icrası 5.250.804,33 manata başa gələcək. (iqtisadiyyat)