Manatla pul kütləsində artım qeydə alınıb
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1 faiz artaraq 37 027,4 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 374,2 milyon manat artaraq 2 959,6 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınan qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

