Məhkəmə Rusiyadakı bütün Volkswagen aktivlərindən həbsi götürüb

Məhkəmə Rusiyadakı bütün Volkswagen aktivlərindən həbsi götürüb

Nijni Novqorod vilayətinin Arbitraj Məhkəməsi Almaniyanın “Volkswagen” avtomobil konserninin 15,5 milyard rubl məbləğində bütün əmlakından həbsi ləğv edib.

BusinessTime.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə bu qərarı “Volkswagen”in dörd törəmə şirkətinin müraciətinə baxdıqdan sonra verib.

Təşkilatlar Almaniya şirkətinin Rusiya aktivləri ilə bağlı müvəqqəti tədbirlərin görülməsi ilə bağlı 17 mart tarixli məhkəmə qərarının ləğvini tələb ediblər. Hakim Dmitri Okorokov bildirib ki, qərar dərhal icra olunmalıdır və ondan şikayət verilə bilər.

Orxan Kərimov