“Azərkosmos”un telekommunikasiya xidmətləri ixracı 48,5% artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən 19,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edilib.
2025-ci ilin eyni dövründə bu göstərici 13,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, telekommunikasiya xidmətləri ixracının dəyəri illik müqayisədə 6,4 milyon ABŞ dolları və ya 48,5% artıb.
Hesabat dövründə “Azərkosmos” dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə telekommunikasiya xidmətləri göstərib. Ötən ilin eyni dövründə isə xidmət ixracı 41 ölkəni əhatə edib.
2026-cı ilin ilk doqquz ayında ixracdan əldə olunan gəlirlər agentliyin ümumi gəlirlərinin 61%-ni təşkil edib. 2025-ci ilin müvafiq dövründə bu göstərici 66% olub.


