Metroda vaqonun qapısında nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü

"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

BusinessTime bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.