Deputatın şirkəti məhkəməyə verildi

Deputatın şirkəti məhkəməyə verildi

Azərbaycanda siqaret istehsalı ilə məşğul olan "European Tobacco-Baku" ASC məhkəməyə verilib.

BusinessTime” xəbər verir ki, iddiaçılar Bayramov Elşən, Nəzirova Əsmət, Ağamalıyev Nizami və  Həsənov Üzeyir adlı Azərbaycan vətəndaşlarıdır.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, 2000-ci ildən yaradılan "European Tobacco-Baku" ASC III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyevə məxsusdur.

O, VII çağlrlş parlament seçkilərində namizəd kimi iştirak etmir.