Supertoys MMC-nin direktor müavini mükafat aldı

Supertoys MMC-nin direktor müavini mükafat aldı

Səidə Fətullazadə “Global Woman Awards” mükafatına layiq görülüb

Böyük maraqla gözlənilən “Global Woman Awards” layihəsi fəaliyyətlərində uğurlar qazanmış, gördüyü işlərlə cəmiyyətə öz töhfəsini verən istedadlı və müvəffəqiyyətli xanımları fərqləndirmək məqsədi daşıyır.

Tədbirdə 30 ölkədən 60 iştirakçı təlfit olunub. Türkiyə, İtaliya, Fransa, Ukrayna, Rusiya, BƏƏ, Qazaxıstan, Özbəkistan kimi ölkələrin uğurlu xanımları tədbirdə iştirak edib.

Qeyd edək ki, Səidə Fətullazadə artıq 7 ildən çoxdur ki, müxtəlif şirkətlərdə rəhbər vəzifəsində çalışır. Hal hazırda Supertoys MMC -də Direktor müavini vəzifəsində fəaliyyət göstərir. Bundan əvvəl sığorta şirkətində İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İşlədiyi şirkətdə “Ən yaxşı rəhbər” adına layiq görülmüşdür.

Azərbaycan Sığortaçılar Assosasiyasının ekspert üzvü olmuşdur. 2013-cü ildə Azərbaycanın ən yaxşı natiqi seçilmişdir. Müxtəlif layihələrin, forumların, təlimlərin təşkilatçısıdır. 2021-ci ildə uğurlu fəaliyyətinə görə “Azerbaijan Woman Awards” mükafatına layiq görülmüşdür.