Nazir müavini: "Son 2 il ərzində 890 min ev təsərrüfatı genişzolaqlı internetlə təmin edilib"

Nazir müavini: "Son 2 il ərzində 890 min ev təsərrüfatı genişzolaqlı internetlə təmin edilib"

Bizim əsas məqsədimiz bütün Azərbaycanı genişzolaqlı internet ilə təmin etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi son 2 il ərzində ölkədə 890 min ev təsərrüfatını genişzolaqlı internetlə təmin edib. Bu isə ölkə üzrə 1,7 milyon insan deməkdir. Qarşıdakı hədəf 2024-cü ilin sonunadək bütün ölkə ərazisini genişzolaqlı internetlə təmin etməkdir.
BusinessTime xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov "MilliNet 2023" mükafatının təqdimatı zamanı deyib.
Nazir müavini qeyd edib ki, 15 il öncə internetə baxış tam fərqli idi. Bu gün isə artıq internet təməl hüquqlara və kommunal xidmətlərə daxildir: “Artıq bu gün bütün xidmətlərin insanlar üçün rəqəmsal formada əlçatanlığını təmin etmək əsas məqsəddir. Bizneslərin rəqəmsal transformasiyası, bütün xidmətləri rəqəmsal platformaya keçirmək dövrüdür", - deyə o əlavə edib.