"Nissan" Rusiya bazarına qayıdır

"Nissan" Rusiya bazarına qayıdır

2022-ci ildə Rusiya bazarını tərk edən Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" əmtəə nişanlarının qeydiyyatı üçün Rospatentə müraciət edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, şirkət müxtəlif orfoqrafiya və dizaynda olan "Nissan" ticarət nişanlarını, o cümlədən loqoları, həmçinin özünün digər brendlərini - "Infiniti", "Nismo" və "Datsun"u qeydiyyatdan keçirməyi planlaşdırır.

Qeydiyyat malların və xidmətlərin beynəlxalq təsnifat sinifləri üzrə, o cümlədən nəqliyyat vasitələri, tikinti, pərakəndə və topdansatış ticarəti, habelə maliyyə xidmətləri sahəsində aparılacaq.