Yenilənmiş Suzuki XL7 krossveni təqdim olunub
Suzuki şirkəti yenilənmiş XL7 krossvenini İndoneziyada keçirilən avtomobil sərgisində təqdim edib.
Yeddiyerlik modelin eksteryerində kiçik dəyişikliklər edilib, həmçinin təchizat səviyyəsi zənginləşdirilib. Bununla belə, avtomobilin texniki hissəsində hər hansı yenilik tətbiq olunmayıb.
Suzuki XL7 hazırda Cənub-Şərqi Asiya və Latın Amerikası bazarlarında satılır. Model kompakt Suzuki Ertiga əsasında hazırlanıb və krossover üslubunda dizaynı ilə seçilir.
Yenilənmiş versiyanın satışına yaxın vaxtlarda başlanılması gözlənilir.


