"NORM"un baş icraçı direktoru əmək hüquqlarını pozdu - Yüksək məbləğdə CƏRİMƏ

"NORM"un baş icraçı direktoru əmək hüquqlarını pozdu

"Norm" Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş icraçı direktoru Sasse Henning Ernst Wilhelmə inzibati protokol yazılıb.

"BusinessTime" Pravda.az-a istinadən xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.