“Patron” tumlarının məxsus olduğu şirkət məhkəməyə verildi

“Patron” tumlarının məxsus olduğu şirkət məhkəməyə verildi

Azərbaycanda “Vəkiloğlu” MMC ilə bağlı inzibati qaydada iş aparılacaq.

BusinessTime xəbər verir ki, buna səbəb şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozmasıdır.
Həmin maddədə qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə cərimə tətbiq edilir.

Həmin maddəyə görə, bu məqsədlə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İşə Tərtər rayon məhkəməsində baxılacaq. Prosesə hakim Kamil Rzayev sədrlik edəcək.

Xatırladaq ki, “Vəkiloğlu” MMC Azərbaycanda tanınan “Patron” günəbaxan tumlarının istehsalçısıdır.