Azərbaycan şagirdləri üçün unikal fürsət!

Azərbaycan şagirdləri üçün unikal fürsət!

Beynəlxalq təhsil sahəsində ən mötəbər və tanınmış United World Colleges (UWC) – yəni Birləşmiş Dünya Kolleclərində təhsil qapıları artıq azərbaycanlı şagirdlərin də üzünə açılmışdır.

Əsası 1962-ci ildə İngiltərədə “Soyuq müharibə” zamanında qoyulan UWC-nin yaradılmasında əsas məqsəd müxtəlif millətlərdən yeniyetmələri sülh və birlik şüarı altında birləşdirməkdən, onların gələcəkdə beynəlxalq sülh naminə çalışmaları üçün lazımlı mənbələri təqdim etməkdən ibarətdir.  UWC kollecləri təqdim etdikləri təhsil proqramı, könüllü fəaliyyət və şagirdlərinin şəxsiyyətlərinin təkamülünə köklənmiş yanaşma ilə qısa müddətdə beynəlxalq təhsil sahəsində aparıcı mövqe tutmuşdur.

Hazırda dünyanın 150-dən çox ölkəsində fəaliyyətdə olan Milli Komitələr vasitəsilə seçilən yeniyetmələr 4 ayrı qitədə və 18 fərqli ölkədə yerləşən kolleclərdə tam və ya qismən təqaüdlə təhsil alırlar. UWC məzunlarına dünyanın ən məhşur ali təhsil ocaqlarının qapısı hər zaman açıqdır. Yüksək ideallarla tədris keçmiş UWC məzunları əmək fəaliyyətlərini istər dövlət, istərsə də özəl sektorun rəhbər vəzifələrində aparır, sülh və firavanlıq üçün əllərindən gələni edirlər.

2021-ci ildən etibarən könüllü əsasda fəaliyyətə başlayan UWC Azərbaycan Milli Komitəsi unikal UWC fürsətini azərbaycanlı gənclər üçün əlçatan etmişdir. Komitənin gərgin fəaliyyəti nəticəsində əldə olunmuş təqaüdlər hesabına artıq 3 azərbaycanlı şagirdimuz UWC-nin Hollandiya, Hindistan və Yaponiyada yerləşən kolleclərində uğurla təhsil alırlar. 2023-2025-ci illərdə davam edəcək növbəti tədris müddəti üçün müraciət müddəti artıq açıqdır.

UWC maddi gəlirindən, milliyətindən, dinindən və ya hər hansı başqa xüsusiyyətlərindən asılı olmayaraq bütün uşaqlar üçün eyni fürsəti təqdim edir. UWC təhsili Azərbaycanın ən ucqar kənd və rayonları da daxil olmaqla hər kəs üçün əlçatandır.  Əsas şərt şagirdin çalışqan olması, ətrafındakı insanlara kömək əlini üzatmaq istəməsi, sülhpərvər və məsuliyyətli olmasıdır. Çünki UWC sadəcə tədris ocağı deyil, eyni zamanda ən nəcib insani keyfiyyətlərin təşviq olunduğu bir mərkəzdir.

Övladının təlimlə yanaşı  könüllü fəaliyyətlə məşğul olacağı, məsuliyyət və insanpərvərlik, şefqət və sülhsevərlik kimi gözəl xüsusiyyətləri təcrübə edəcəyi UWC təhsili üçün son müraciət tarixi 31 yanvar 2023-cü ildir.

Doğma Azərbaycanımızı UWC platformasında təmsil edəcək parlaq və istedadlı Azərbaycanlı gənclərini müraciət etməyə çağırırıq.

Müraciət etmək üçün qeydiyyat linki:

https://apply.uwc.org/prog/nc_azerbaijan_entry_2023/
UWC Proqramı haqqında daha ətraflı: https://www.az.uwc.org/
Facebook: https://www.facebook.com/UWCAzerbaijan
Instagram: https://www.instagram.com/uwcazerbaijan/