Özbəkistan şirkəti Azərbaycanda tekstil klasteri yaradacaq - 105 milyonluq layihə
Özbəkistanın "Global Textile" şirkəti tərəfindən Azərbaycanda pambıq-tekstil klasterinin yaradılması planlaşdırılır.
Plat.az xəbər verir ki, layihənin dəyəri 104,8 milyon ABŞ dollarıdır.
Yeni klasterin tekstil sənayesinin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verməsi gözlənilir.


