DSMF-nin 2027-ci il üçün xərcləri 9,27 milyard manatdan çox olacaq
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə gəlirləri 9 milyard 220 milyon 500 min manat proqnozlaşdırılır. Xərclərin bir hissəsi ehtiyat hesabına maliyyələşdiriləcək.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üzrə xərcləri büdcə layihəsinə əsasən 9 milyard 272 milyon 540 min manat proqnozlaşdırılır. Bu barədə BusinessTime APA-ya istinadən xəbər verir.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, fondun gəlirləri 9 milyard 220 milyon 500 min manat olacaq. Xərclərin maliyyələşdirilməsi üçün yanvarın 1-nə yaradılmış ehtiyatdan daha 52 milyon 40 min manat yönəldiləcək.
Əhaliyə ödənişlər üçün 8 milyard 950 milyon 60 min manat nəzərdə tutulur. Bunun 8 milyard 669 milyon 430 min manatı əmək pensiyalarının, 280 milyon 630 min manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə ayrılacaq.
Müavinət xərclərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 47 milyon 380 min manat, hamiləliyə və doğuma görə 77 milyon 340 min manat daxildir. Uşağın anadan olmasına görə 84 milyon 10 min manat, 3 yaşınadək uşağa qulluğa görə isə 21 milyon 390 min manat nəzərdə tutulub.
Sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırılması üçün 25 milyon manat ayrılması planlaşdırılır. Aparatın və digər struktur bölmələrinin saxlanılması xərcləri 189 milyon 660 min manat, beynəlxalq təşkilatlara üzvlük haqları 70 min manat, sair xərclər isə 13 milyon manat proqnozlaşdırılır.


