Qəbələdəki Şəhidlər xiyabanı təmir olunacaq

Qəbələdəki Şəhidlər xiyabanı təmir olunacaq

Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanında əsaslı təmir işləri aparılacaq.

BusinessTime xəbər verir ki, Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı müvafiq hazırlıqlara başlayıb.


Belə ki, qurum bununla əlaqədar şirkət axtarışına çıxıb.


Sözügedən təmir işlərinin icrasına 284 min manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.


Qeyd edək ki, sözügedən xiyaban Qəbələ şəhəri, Polad Həşimov küçəsində yerləşir.