SOCAR-la əlaqəli yeni şirkət yaradılıb
“Modern Energy Complex” MMC dövlət qeydiyyatına alınıb.
Şirkət 29 iyul 2026-cı il tarixində qeydiyyata alınıb.
Şirkətin hüquqi ünvanı SOCAR-ın baş ofisinin ünvanı ilə eyni olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121-dir. Nizamnamə kapitalı 12 min manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Orxan Cəfərov Fərman oğludur. Orxan Cəfərov SOCAR Downstream şirkətində baş direktorun müavini / layihə direktoru vəzifəsində çalışır.
“Modern Energy Complex” MMC-nin Müşahidə Şurasına Anar Məmmədov, Əlişkəndər Zülfüqarzadə, Famil Xələfov, Emil Alxaslı, Rahim İbrahimov, Elnar Salışev və Cengiz Celik daxildir. (banker)


