Qətərdən "Boeing"ə "uçan sərvət" - Şirkət tarixinin ən böyük sifarişini aldı

Qətərdən "Boeing"ə "uçan sərvət"

Qətər Hava Yolları ABŞ-nin "Boeing" şirkətindən ümumi dəyəri 200 milyard dollar olan 160 təyyarə sifariş verib.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, müvafiq saziş ABŞ Prezidenti Donald Trampın Qətərə səfəri çərçivəsində imzalanıb.

Belə ki, Trampın Qətər Əmiri Təmim bin Həməd əl-Tani ilə görüşündən sonra iki ölkə arasında imzalanan sazişlərdən biri də bu olub.

Qeyd olunur ki, sözügedən razılaşma "Boeing" şirkətinin tarixində ən böyük təyyarə sifarişi hesab olunur.