Qızılın qiyməti tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4970 dollara çataraq, yeni bir rekord səviyyəyə çatıb.
Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 04:00-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4970 dollar təşkil edib.
Hazırda qızılın qiyməti trua unsiyası üçün 4953.8 dollardır.

