Rəcəb Rəhimli Parağa kəndində növbəti səyyar qəbul keçirdi

Rəcəb Rəhimli Parağa kəndində növbəti səyyar qəbul keçirdi
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 21 noyabr 2025-ci il tarixində Parağa kəndində səyyar qəbul keçirib. Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. 
 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qəbulda çıxış edən icra başçısı, 21 noyabr - Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə qəbul iştirakçılarını təbrik edib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Partiyanın dövlətimizin inkişafında aparıcı rol oynadığını bildirib. Həmçinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılması nəticəsində ölkəmizin sosial-iqtisadi və siyasi inkişafından bəhs edib. Rəcəb Rəhimli “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda görülən işlər - məşğulluq imkanların artırılması, elektrik xətlərinin yenilənməsi, şəhər və kənddaxili yolların yenidən qurulması, su infrastrukturunun yaxşılaşdırılması, mədən sənayesi və turizmin inkişafı barədə ətraflı məlumat verib. Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən bəhs edən icra başçısı, bu yolun Avropa və Mərkəzi Asiyanı birləşdirən əsas məqliyyat-kommunikasiya xətti olduğunu və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini qeyd edib.
 
Daha sonra məşğulluq imkanlarının artırılması, özünəməşğulluğa cəlb olunma, suvarma arxları və yol kənarında olan su kanallarnın təmizlənməsi, daşınmaz əmlak sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi, marşrut xəttinin təşkil olunması, rayon ərazisində müxtəlif fabriklərin yaradılması, xüsusi mülkiyyətdə olan bağ sahələrindən düzgün istifadə olunması və digər məsələrlə bağlı kənd sakinlərinin təklif və müraciətləri dinlənilib. Müraciətlər əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icrası müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.
 
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1