“Red Bull Car Park Drift Azerbaijan 2024”

“Red Bull Car Park Drift Azerbaijan 2024”

9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil etmək üçün yola düşəcək.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Qeyd edək ki, Abdo ötən il də “Red Bull Car Park Drift Azerbaijan”ın qonağı olmuşdu. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilir.

Tədbirin xüsusi qonağı tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz tanınmış hitləri ilə drift trekində çıxış edəcək.

Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.

Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 9 iyun, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.