Şəhərin mərkəzində yerləşən Olimp Hospitalda Qastroenterologiya şöbəsi açıldı

Şəhərin mərkəzində yerləşən

Şəhərin mərkəzində yerləşən Olimp Hospitalda yeni Qastroenterologiya şöbəsi fəaliyyətə başlayıb. Qastroenterologiya sahəsində müasir yanaşma və yüksək texnologiyalı diaqnostika imkanları artıq pasiyentlərin xidmətindədir.

Olimp Hospitalda qastroenterologiya xidməti həzm sistemi xəstəliklərinin erkən aşkarlanması və effektiv müalicəsi üçün beynəlxalq protokollara uyğun təşkil olunub.

Şöbədə tətbiq edilən əsas yeniliklərdən biri EUS (Endoskopik Ultrasəs) və EBUS (Endobronxial Ultrasəs) texnologiyalarıdır. EUS vasitəsilə mədə, bağırsaq, pankreas və öd yollarının dərin strukturları yüksək dəqiqliklə qiymətləndirilir. EBUS isə minimal invaziv üsulla limfa düyünləri və mediastinal sahənin görüntülənməsinə imkan verir.

Qastroenterologiya şöbəsinə uzman doktor Cavanşir Vahabov rəhbərlik edir. Onun rəhbərliyi ilə Olimp Hospitalda qastroenterologiya sahəsində endoskopik müayinələr, kolonoskopiya, qastroskopiya və kompleks həzm sistemi diaqnostikası həyata keçirilir.