Sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

Sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1,693 milyard manata çatıb.

BusinessTime.az bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 19,3 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 126,9 milyon manat və ya 8,1% çoxdur.

Qeyd edək ki, ümumilikdə, bu ilin noyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,714 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 144,3 milyon manat və ya 0,5%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% artım deməkdir.