SİF qablaşdırma və etiket istehsalı üçün kredit ayırıb

SİF qablaşdırma və etiket istehsalı üçün kredit ayırıb

Qablaşdırma və etiket istehsalı üçün kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb: “Layihə üzrə illik 1500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub”.