Bakıda BakuBus avtobusu tüstüləndi - FOTO
Bu gün səhər saatlarında Bakıda BakuBus-a məxsus avtobusda tüstülənmə hadisəsi baş verib.
Hadisə 8 Noyabr prospektində, şəhər istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtobus qəfil tüstülənməyə başlayıb. Dərhal sərnişinlər avtobusdan düşürülüb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, tüstülənməyə səbəb radiatorun partlaması olub.
Hadisə səbəbindən ərazidə böyük tıxac yaranıb. (Baku.News)



