"Sony" smartfon istehsalını dayandırdı

"Sony" smartfon istehsalını dayandırdı

Mobil cihazlar bazarında ən köhnə oyunçulardan biri olan "Sony" şirkəti özünün smartfon istehsalından tamamilə imtina edib.

Bu barədə Oxu.Az "SumahoDigest" saytına istinadla xəbər verir.

Bildirilir ki, şirkət öz zavodlarında smartfon buraxmağı dayandırıb. O bu vəzifəni kənar podratçılara ötürüb.

Əvvəllər ortasəviyyəli modellər istehsal etmək üçün xarici podratçıların xidmətlərindən istifadə edən "Sony" indi bu təcrübəni flaqman cihazlarına da genişləndirir.

Xüsusilə, hazırkı "Sony Xperia I VII" xarici tərəfdaşlar tərəfindən istehsal edilib.