Texniki diaqnostika şirkəti lisenziyasını itirdi

Texniki diaqnostika şirkəti lisenziyasını itirdi

“Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri” MMC-nin lisenziyası yoxa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, lisenziyanın hansı şəraitdə itdiyi məlum deyil. Lisenziya itdiyi üçün etibarsız sayılır. 

Qeyd edək ki, sözügedən lisenziya 2018-ci ilin martın 30-da İqtisadiyyat Nazirliyi tərəfindən verilib.

“Az-Texnodiaqnostika və Texniki Təchizat Xidmətləri” təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaları həyata keçirən şirkətdir.